<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Qulaq asın Haqdan gələn səslərə,
 Oyaq olun, Allahı sevənlər.
 Qucaq açın Allah deyən kəslərə,
 Qucaq olun, Allahı sevənlər.

[C1]
   Ayaz dəymiş yanaqları qızdırın siz,
   Şaxta vurmuş barmaqları qızdırın siz,
   Buza dönmüş ürəkləri qızdırın siz,
   Ocaq olun, ey Allahı sevənlər.

[V2]
 Allah olsun dilinizin duası,
 Allah olsun gözünüzün şüası,
 Allah olsun qəlbinizin mayası,
 Çıraq olun, Allahı sevənlər.

[V3]
 Sarsılmayın haqsızlıqlar olanda,
 İşıqlanın zülmət nuru boğanda.
 Haqqın nuru yağış kimi yağanda
 Torpaq olun, Allahı sevənlər.</lyrics>
<title>Qulaq asın Haqdan gələn səslərə İL479</title>
<hymn_number>479</hymn_number>
</song>